Azərbaycan kikboksçusu Dünya Oyunlarının finalında

Azərbaycan kikboksçusu Dünya Oyunlarının finalında
XƏBƏR 14 İyul 2022 / 10:05 3468
-  A +

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında finala vəsiqə qazanıb.

Qol.az xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.

O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner