Nazarovdan dubl

Nazarovdan dubl
XƏBƏR 13 İyul 2022 / 22:26 3544
-  A +

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi Almaniya 3-cü liqa təmsilçisi "Erzebirge" növbəti yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Aue klubu Regional liqa təmsilçisi "Moyzelvitz"lə qarşılaşıb. Matç "Erzgebirge"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. O, sözügedən görüşdə dubla imza atıb. Millimizin üzvü 5-ci və 35-ci dəqiqələrdə fərqlənib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner