“Qarabağ”dan təşəkkür mesajı

“Qarabağ”dan təşəkkür mesajı
XƏBƏR 13 İyul 2022 / 19:48 5436
-  A +

 Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Lex"ə 5:1 hesabı ilə qalib gələn "Qarabağ" açıqlama yayıb.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi matçın təşkilində əməyi keçən hər kəsə təşəkkür edib:

“Qarabağ” - “Lex” oyunu təşkilati baxımdan bir sıra yeniliklərlə yadda qaldı. Belə ki, azarkeşlərin stadiona rahat gəliş-gedişi və təhlükəsizliyi üçün klubumuz, həmçinin stadion əməkdaşları ilə yanaşı, polis əməkdaşları, Xüsusi xidmət orqanlarının əməkdaşları, səhiyyə işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və könüllülər əllərindən gələni etdilər. Matçın təşkilində əməyi keçən hər kəsə - Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin əməkdaşlarına, Daxili İşlər Nazirliyinin oyunda xidmət göstərən yüksək rütbəli zabitlərindən sıravi əməkadaşlarına qədər hər kəsə, Xüsusi xidmət orqanlarının əməkdaşları, səhiyyə işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına,  və eləcə də könüllülərə sonsuz təşəkkürlər!
 
“Qarabağ” FK olaraq, komandamıza daim dəstəyini əsirgəməyən və xüsusi qayğı ilə yanaşan Gənclər və İdman Naziri Fərid Qayıbova xüsusi minnətdarlığımızı bildiririk.
 
“Sürix”lə oyunda görüşənədək".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner