“Qarabağ”ın oyununa cəmi bu qədər bilet qalıb

“Qarabağ”ın oyununa cəmi bu qədər bilet qalıb
XƏBƏR 12 İyul 2022 / 15:32 10802
-  A +

"Qarabağ"ın bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə keçirəcəyi cavab oyununa maraq çoxdur. 

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, artıq kassalarda matç üçün cəmi 5 min bilet qalıb. 

Sözügedən oyuna biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əvvəl - saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq. Həmçinin "Bakı Metropoliteni" QSC oyunla əlaqədar bu gün gücləndirilmiş rejimdə işləyəcəklərini bildirib. 

Xatırladaq ki, bu komandalar arasında ilk görüş "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner