"Real" qeyri-adi səbəbdən bu hücumçunu transfer etmədi

"Real" qeyri-adi səbəbdən bu hücumçunu transfer etmədi
XƏBƏR 12 İyul 2022 / 13:24 4776
-  A +

"Real" Zambiyanın qadınlardan ibarət millisinin və "Şanxay Şenqli"nin futbolçusu Barbra Bandanı transfer etməklə bağlı fikrini dəyişib.

Qol.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb. Madrid təmsilçisi 22 yaşlı hücumçunun keçidini tamamlamağa yaxın olsa da, sonradan transferdən imtina edib. Buna səbəb isə futbolçunun gender testindən keçə bilməməsidir. Yığmanın düşərgəsində test verən oyunçunun qanında yüksək miqdarda testosteron (kişilik hormonu) aşkarlanıb. Ona görə də Barbra milli ilə Afrika Millətlər Kubokuna da qatıla bilməyib.

Bundan sonra "Real" Barbra Bandanı qadınlardan ibarət komandasına transfer etmək fikrindən daşınıb.

 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner