"Renat inkişaf etsə, "Vulverhempton" onu almaq üçün növbədə olacaq"

"Renat inkişaf etsə, "Vulverhempton" onu almaq üçün növbədə olacaq"
XƏBƏR 12 İyul 2022 / 11:54 2702
-  A +

"Vulverhmeppton"un nümayəndəsi Matt Cekson millimizin üzvü Renat Dadaşovun klubdan ayrılması haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o xatırladıb ki, R.Dadaşov İngiltərə Premyer Liqası təmsilçisində oynadığı müddətdə ciddi zədə alıb: "Ona görə Renatı icarəyə verdik. O, 2020-ci ilin avqustunda icarə əsasında "Qrasshopper"ə  keçdikdən  qısa müddət sonra da ayağından zədələndi. Ötən mövsüm onun "Tondela"ya icarəsi ciddi zədəsini sağaltmaq və oynamağa hazır olduğunu sübut etmək üçün çox vacib idi. O, Portuqaliyada "Tondela" üçün çətin bir mövsümdə çıxış etdi. Komanda aşağı liqaya düşsə də, Renat oynaya biləcəyini göstərdi. 

Əgər Dadaşov qarşıdakı bir neçə il ərzində həqiqətən inkişaf edə bilsə, "Vulverhempton" yenidən  onunla müqavilə imzalamaq üçün növbədə olacaq".

Qeyd edək ki,  23 yaşlı hücumçu İsveçrənin "Qrasshopper" klubu ilə 2+1 illik müqavilə imzalayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner