Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəyəcək

Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəyəcək
XƏBƏR 11 İyul 2022 / 21:44 5662
-  A +

FİFA azərbaycanlı futbolçu Tural Bayramlının Yunanıstanın "Pierikos" klubuna qarşı qaldırdığı iddia ilə bağlı qərarı açıqlayıb. 

Qol.az xəbər verir ki, iddia böyük ölçüdə təmin edilib. Bu barədə oyunçunun hüquqşünası Ramil Cahangirov məlumat yayıb. Onun sözlərinə görə, klub həm əmək haqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidir.

Qeyd edək ki, T.Bayramlı bu ilin yanvarından "Səbail"də oynayır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner