"Bakıya qələbə qazanmaq üçün gəlmişik" - "Lex"in baş məşqçisi

"Bakıya qələbə qazanmaq üçün gəlmişik" - "Lex"in baş məşqçisi
XƏBƏR 11 İyul 2022 / 19:10 5530
-  A +

 “Lex”in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la  cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

- Burada olmaqdan məmnunam. Bakıdakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik. Ötən həftə Polşada da belə hava var idi.

- Poznanda müdafiədən oynadınız. Sabah da eyni taktikaya sadiq qalacaqsınız?

- Ötən oyundan əvvəl də bizə bəlli idi ki, "Qarabağ"ın çox güclü oyunçuları var. Bu baxımdan onlara boş zona verməməyə çalışdıq. Bu dəfə də onlara boş zona şəraiti yaratmayacağıq.

- Heyətinizdə problem var?

- 3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. İlk oyunda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Bizim 18 meydan oyunçusu və 2 qapıçımız var. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm. 

- İlk oyundan əvvəl heç-heçənin sizə sərf edəcəyini düşünə bilərdiniz. Poznandakı nəticədən sonra cavab matçında da qələbə barədə fikirləşirsiniz?

- Düzdür, cavab görüşündə heç-heçə qənaətbəxş nəticə sayılacaq. Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik. Görüşün gedişatında vəziyyət heç-heçə etməyə vadar etsə, buna uyğun oynayacağıq.

- "Qarabağ" Polşa klublarını indiyə qədər həmişə məğlub etmişdi. İlk görüşdən sonra Polşada sizə qisasçı gözü ilə baxırlar. Bu amil sizə əlavə motivasiya verirmi?

- Keçmişdə nə olubsa, buna görə nə mən, nə də futbolçularım məsuliyyət daşıyır. Biz yalnız sabahkı görüşə köklənmişik. "Qarabağ"ın Polşa klubları ilə qarşılaşması uğurlu olubsa, bu seriyanı qırmağa çalışacağıq.

- Sabahkı oyunu karyeranızdakı bütün matçlardakı əhəmiyyət və uğur baxımından necə dəyərləndirərdiniz?

- Bunu sübut eləməyə ehtiyac yoxdur ki, avrokuboklarda çıxış etmək hər bir klubun arzusudur. Burada olmağımızın səbəbi odur ki, avrokuboklarda iştirak etməyə yönlüyük. Əvvəlki oyunlarım da maraq baxımından önəmli olub. Ancaq sabah burada qazanacağımız uğur Avropa miqyaslı yarışda mübarizəni davam etdirmək baxımından daha vacib olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner