"Lex" Bakıda - Şəkillər

"Lex" Bakıda - Şəkillər
XƏBƏR 11 İyul 2022 / 17:11 3456
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" Ağdam təmsilçisi ilə cavab oyunu  üçün Bakıya gəlib. 

Qol.az xəbər verir ki, Poznan təmsilçisini daşıyan təyyarə 4,5 saatlıq uçuşdan sonra Heydər Əliyev adına Hava Limanına enib. 

Rəqibin baş məşqçisi Con van den Brom 18:40-da mətbuat konfransı keçirəcək. 20 dəqiqə sonra isə "Lex" Bakıda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner