Poqba: "Yenidən "Yuventus"la kuboklar qazanmaq istəyirəm"

Poqba: "Yenidən "Yuventus"la kuboklar qazanmaq istəyirəm"
XƏBƏR 11 İyul 2022 / 16:37 1287
-  A +

"Yuventus"un yeni transferi Pol Poqba A seriyası təmsilçisinə keçidi barədə fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yenidən Turin təmsilçisində çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib: 

"Gördüyünüz kimi, mən qayıtdım və çox xoşbəxtəm. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm, yenidən sizinlə kuboklar qazanmaq istəyirəm. Tezliklə biz də meydana çıxacağıq - sizinlə birlikdə”.

Qeyd edək ki, Poqba daha əvvəl 2012-2016-cı illərdə Turin klubunda oynayıb. O, “Yuventus”la 4 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya kubokunu, 3 dəfə İtaliya Superkubokunu qazanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner