Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdama səfər etdi - Şəkillər

Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdama səfər etdi - Şəkillər
XƏBƏR 11 İyul 2022 / 11:41 1216
-  A +

Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.

Qol.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdam Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə tanış olub. Bu idman mərkəzlərində idman bölmələrinin artırılması, idmanın kütləviliyini artırmaq üçün silsilə tədbirlər, eləcə də regional yarışların daha çox keçirilməsi, təlim-məşq toplanışları üçün şəraitin standartlara uyğunlaşdırılması barədə müzakirələr aparılıb. Mövcud idman bölmələrində uşaq-gənclərin məşğələlərini izləyən nazir məşqçi-mütəxəssisləri dinləyib, onlarla fikir mübadiləsi edib.

Beyləqanda Gənclər Evinin fəaliyəti ilə də tanışlıq olub. Burada gənclərin asudə vaxtının təşkili və yaradıcılıq dənəklərinin işi ilə maraqlanan nazir daha çox gənci əhatə edəcək tədbirlərin təşkili ilə bağlı tövsiyələr verib. Səfər çərçivəsində Horadiz Gənclər Evinə də baxış olub və burada fəaliyyətin qurulmasının vacibliyi vurğulanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner