Nurlan İbrahimovla bağlı proses yenə təxirə salındı

Nurlan İbrahimovla bağlı proses yenə təxirə salındı
XƏBƏR 11 İyul 2022 / 11:24 1683
-  A +

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimov ilə bağlı  qərarı növbəti dəfə təxirə salınıb.

Qol.az xəbər verir ki, İbrahimovun vəkili Fərid Haqverdiyev bu barədə öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib. CAS Nurlanın məsələsi ilə bağlı qərarın verilmə tarixini avqustun 11-dək uzadıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” isə 100 000 avro cərimələnib. O, ötən il yanvar ayının 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS Nurlanla bağlı qərarın açıqlanmasını daha əvvəl 4 dəfə təxirə salıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner