Levandovski "Çelsi"yə keçə bilər

Levandovski "Çelsi"yə keçə bilər
XƏBƏR 11 İyul 2022 / 09:59 2702
-  A +

"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Çelsi"də davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. 33 yaşlı hücumçunun əsas planı "Barselona"da oynamaqdır. Lakin "Bavariya" Levandovskinin keçidi üçün "Barselona" ilə razılaşa bilməsə, polşalı oyunçunun alternativ seçimi "Çelsi" olacaq. 

Kataloniya klubunun maliyyə durumunun qeyri-sabitliyi səbəbindən vəziyyət çətinləşir ki, bu da "Bavariya"nın transferə razı olmamasına gətirib çıxarır. Həmçinin bildirilir ki, “Çelsi” artıq futbolçu ilə maraqlandığını və istənilən vaxt müqaviləyə təklif etməyə hazır olduğunu bildirib. Londonlular Romelu Lukakunun gedişindən sonra hücum mərkəzini gücləndirmək istəyirlər.

Xatırladaq ki, bir müddət əvvəl Robert Levandovski Almaniya klubundakı müddətinin bitdiyini və komandadan ayrılmaq istədiyini bildirmişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner