Pike Şakiranı aldatdığı qadından ayrıldı

Pike Şakiranı aldatdığı qadından ayrıldı
XƏBƏR 10 İyul 2022 / 23:00 6647
-  A +

"Barselona"nın müdafiəçisi Jerar Pike Şakiranı aldatdığı qadından ayrılıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı oyunçu məşhur müğənni ilə ayrılmasına səbəb olan ofisiantla münasibətinə son qoyub. O, keçmiş sevgilisi ilə münasibətləri yaxşılaşdırmaq üçün bu addımı atıb.

Şakira  xəyanətə görə Pikedən ayrıldıqdan sonra oğulları Milan və Saşa ilə birlikdə ABŞ-a köçməyə hazırlaşır. Müğənni və vəkilləri övladlarının tam qəyyumluğunun ona verilməsi tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

Şakira və Jerar Pike  12 illik münasibətdən sonra ötən ay ayrılıblar. Onlar rəsmi evlənməmişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner