Karate millimizdən uğursuz çıxış

Karate millimizdən uğursuz çıxış
XƏBƏR 10 İyul 2022 / 17:57 1571
-  A +

Karateçilərimiz Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birmingem şəhərində 11-ci Dünya Oyunlarında çıxışlarını başa vurublar.

Qol.az xəbər verir ki, son dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) 8-9 iyul tarixlərində karate yarışlarının mükafatçıları arasına düşə bilməyib. Yarımfinaladək irəliləyən İ.Zaretska bürünc medal görüşündə də qələbəni əldən verib. İdmançıları baş məşqçilər Qurban Tağıyev (kişilər, kumite), Denis Morozov (qadınlar, kumite) və Vahid Ayvazov (kata) müşayiət edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner