"Lex"in "Qarabağ"la oyun üçün səfər proqramı

"Lex"in "Qarabağ"la oyun üçün səfər proqramı
XƏBƏR 10 İyul 2022 / 17:29 3386
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la Bakıda qarşılaşacaq "Lex"in səfər proqramı məlum olub.

Qol.az xəbər verir ki, Polşa klubu sabah səhər saatlarında Poznan şəhərindən paytaxtımıza birbaşa çarter reysi ilə gələcək. "Lex" Bakıya çatmaq üçün 4,5 saat yolda olacaq. Bildirilir ki, komanda oyundan dərhal sonra Bakıdan ayrılacaq.

Qeyd edək ki. iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lex" matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun "Lex"in 1:0 hesablı qələbəsiylə başa çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner