Sterlinq bu gün tibbi müayinədən keçəcək

Sterlinq bu gün tibbi müayinədən keçəcək
XƏBƏR 10 İyul 2022 / 16:58 4628
-  A +

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq bu gün "Çelsi"də tibbi müayinədən keçəcək.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi artıq Londondadır.

"Mançester Siti" bu transferə görə 47,5 milyon sterlinq + 2,5 milyon sterlinq bonus qazanacaq. İngiltərli oyunçunun maaşı açıqlanmasa da, onun "zadəgganlar"ın ən çox maaş alan futbolçusu olacağı bildirilib.

Qeyd edək ki, Sterlinq geridə qalan mövsüm 30 matçda 13 qol vurub və 5 qolun ötürməsini verib. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner