"Barselona"ya keçir

"Barselona"ya keçir
XƏBƏR 10 İyul 2022 / 14:58 6289
-  A +

"Mançester Siti"nin futbolçusu Bernardo Silva "Barselona"ya keçməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Kataloniya klubunun prezidenti Joan Laporta iyulun 4-də 27 yaşlı yarımmüdafiəçinin meneceri Xorxe Mendeşlə şam yeməyi yeyib. Görüşün böyük hissəsi portuqaliyalı oyunçunun transferinə həsr olunub.

Tərəflər Silvanın maaşının "Barselona"da qoyulan limitlərə uyğun olacağını da bildiriblər.

Qeyd edək ki, Silva geridə qalan mövsüm 35 matçda 8 qol vurub. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner