"Yuventus" onu icarəyə verdi

"Yuventus" onu icarəyə verdi
XƏBƏR 10 İyul 2022 / 14:18 2215
-  A +

"Yuventus" futbolçusu Koni de Vinteri icarəyə verib.

Qol.az xəbər verir ki, 20 yaşlı müdafiəçi karyerasını "Empoli"də davam etdirəcək. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belçikalı oyunçu ilə 1 illik müqavilə imzalanıb. 

De Vinter 2018-ci ildə "Yuventus"un gənclər komandasına qoşulub. Ötən mövsüm müdafiəçi Turin klubunun ikinci komandasında çıxış edib, həmçinin UEFA Çempionlar Liqasında əsas komandanın heyətində iki oyun keçirib. De Vinter "Çelsi" (0:4) və "Malmö" (1:0) ilə matçlarda oynasa da, qol vura bilməyib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner