Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qalib gəldi

Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qalib gəldi
XƏBƏR 10 İyul 2022 / 09:30 6980
-  A +

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

Qol.az xəbər verir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner