"Qarabağ"ın rəqibi Superkuboku qazana bilmədi

"Qarabağ"ın rəqibi Superkuboku qazana bilmədi
XƏBƏR 10 İyul 2022 / 09:10 4438
-  A +

 Polşa Superkubokunun qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, titul uğrunda çempion "Lex" və ölkə kubokunun sahibi "Rakuv" üz-üzə gəlib.

Poznandakı "Miejski" stadionunda təşkil olunmuş qarşılaşma "Rakuv"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, "Lex" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasında Poznanda keçirilmiş ilk görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner