İyulun 7-də həm DÇ-2024-un Avropa zonası üzrə əsas, həm də UEFA Çempionlar Liqasının 2022-23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki,millimiz 6-cı qrupda Yunanıstan və Polşa ilə üz-üzə gələcək. “Araz-Naxçıvan” isə “Mostar”, eləcə də D və F qrupunun qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Püşklə bağlı həm millinin, həm də “Araz-Naxçıvan”ın üzvü İsa Atayev Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib. Hücumçu əvvəlcə millinin rəqiblərini dəyərləndirib: “Əvvəlcə hər kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Allah kəsilən qurbanları, edilən duaları qəbul eləsin. Millinin yer aldığı qrupdakı rəqiblərimizə gəldikdə, Yunanıstanı daha yaxşı tanıyırıq. Çünki bu komanda ilə ötən il iki dəfə üz-üzə gəlmişik. İlk matçda iştirak etməsəm də, Bakıdakı dueldə meydana çıxmışdım. Hətta bir qol da vurdum. Yəni onları yaxşı tanıyırıq. Əlbəttə, rəqibimiz də bizi yaxşı tanıyır. İki il əvvəl isə Yunanıstanın AEK klubu ilə üz-üzə gəlmişdik. Polşaya qarşı isə oynamamışam. Daha doğrusu, son illərdə onlarla yolumuz kəsişməyib. Amma inkişafa olduqları aydındır. Çünki bu komanda son 2 Avropa çempionatının final mərhələsində iştirak edib. Deməli, zəif deyillər. Məncə, qrupu birinci pillədə başa vurmaq şansımızın 100-ün 80-nədir”.
İ. Atayev üzvü olduğu “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı çıxışı barədə də fikrini bölüşüb: “Hələ ki, bir rəqibimiz dəqiq bilinir. Digər iki komandanın kimliyinə gələn ayın sonunda aydınlıq gətiriləcək. Hər halda, zəif komandalar olmayacaq. Bu dəfə hazırlaşmaq üçün vaxtımız çox olacaq. Yenə başlayacağıq fiziki hazırlıqdan, daha sonra topla taktiki məşqlər keçəcəyik. Heyətimiz də gücləndiriləcək. Bilirəm ki, komandamıza bir neçə yeni futzalçı qoşulacaq. Hansı ki, onlar da bizə kömək edəcək gücdə olacaqlar. Bu qrupdan ancaq bir komanda elit-raunda yüksələcək, inanıram ki, həmin komanda da biz olacağıq. Məqsədimiz həm milli, həm də klub səviyyəsində uğur qazanmaq, azarkeşlərimizi sevindirməkdir. Bacaracağımıza inanıram”.
"Neftçi"yə qarşı hamı istəkli oynayır" - Qurban Qurbanov
"Real" 36-cı dəfə İspaniya çempionu oldu
"Qarabağ" Bəhlulla yeni müqavilə imzaladı
"Qarabağ"ın 5 cavabsız qolu - Video
"Qarabağ" "Neftçi"ni darmadağın etdi, "Sumqayıt"dan heç-heçə
"Real"dan böyük hesablı qələbə
Samir Abasov: "Futbolçularım ağır görünürdü"
2 qol, 2 qırmızı vərəqə - Video
Şahruddin 90 dəqiqə oynadı, komandası qalib gəldi
"Qarabağ" - "Neftçi": Heyətlər
"Arsenal"dan qələbə
Azərbaycanın U-17 millisi Qazaxıstana uduzdu
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Tiaqo Silva bu kluba keçir
Maradonanın cənazəsini köçürmək istəyirlər
Xüsusi təyinatlılar futbolçulara və azarkeşlərə atəş açdı
"Bayer"in 6 futbolçusu mövsümün rəmzi komandasında
Messi "İnter Mayami"nin büdcəsini ikiqat artırıb
Kvaratsxeliya qərarını verdi: Gedir, ya qalır?
Arda Güler: "Modriç və Kroosu adları ilə çağırmıram"
Slotdan "Liverpul" açıqlaması
Renatın klubunda yeni baş məşqçi və idman direktoru
Ozan Can sarı vərəqə aldı, komandası uduzdu
"Beşiktaş" 5 qollu oyunda belə qələbə qazandı - Video
İsko ayın oyunçusu seçildi
"Beşiktaş" 90+7-ci dəqiqə qolu ilə qələbə qazandı
Mərakeşli hücumçu 1-ci oldu
"Araz-Naxçıvan"da iki futbolçu məşqləri bərpa etdi
UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı
İngiltərədə bu mövsümün ən yaxşı oyunçusu müəyyənləşdi
"Bu, cinayətdir" - Klopp
Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi
"Mançester Yunayted"in Ten Haq qərarı
ÇL-də həftənin ən yaxşı oyunçusu odur
Misli Premyer Liqasında 33-cü turun hakimləri bilindi
Bir dövrün sonu
Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli oldu
“Liverpul”un futbolçusu məşhur aktyorun qızı ilə sevgilidir
Bakıda Avropa çempionatı keçiriləcək
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
"Şamaxı"nın vacib səfər qələbəsi - Video
“Turan Tovuz”un futbolçusu 4 oyunluq cəzalandırıldı