"Yuventus"un sabiq futbolçusu Paulo Dibala özünə yeni klub tapa bilmir.
Qol.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. Hücumçu artıq heç bir klubla razılaşa bilmədiyinə görə narahatdır. Bu baxımdan Dibala maaş tələblərini azalda bilər. Əvəllər illik 8 milyon avro məvacib istəyən forvard, indi ildə təxminən 6 milyon avro əməkhaqqıya da razıdır. İtaliya klubları ona illik 4-4,5 milyon avrodan çox pul ödəməyi düşünmürlər.
"Napoli" Paulonun performansını dərindən təhlil edib və hücumçunu transferi fikrindən daşınıblar. "Milan" argentinalıya yüksək hörmət bəsləyir, lakin diqqətini digər transferlərə yönlədib.
“İnter” Dibala ilə rəsmi danışıqlar aparan yeganə İtaliya klubudur. Lakin tərəflər tam razılığa gələ bilməyiblər. Milan təmsilçisi sabiq oyunçusu Romelu Lukakunu kluba qaytarıb. Ona görə də "İnter" hazırda Dibala üçün böyük məvacib ayırmağı düşünmür. "İnter"in etdiyi maksimum təklif oynanılan matçların sayına görə bonusla birlikdə illik 5 milyon avro maaş idi. "İnter" bunu hələ Henrix Mxitaryanı və Lukakunu transfer etməzdən əvvəl bildirib. Dibalanın menecerləri isə onun daha yüksək maaş vəd edən kluba keçə biləcəyinə inandıqları üçün bu təklifi rədd ediblər. Onlar İngiltərə klubları ilə bir neçə görüş təyin ediblər. Onların arasında “Mançester Yunayted” də var.
Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayırdı. O, bu müddət ərzində 210 matçda 82 qol vurub.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi