Di Mariya "Yuventus" üçün Turinə gəldi - Şəkil

Di Mariya "Yuventus" üçün Turinə gəldi - Şəkil
XƏBƏR 8 İyul 2022 / 08:56 2003
-  A +

PSJ-dən ayrılan Anhel di Mariya karyerasını "Yuventus"da davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə İtaliya təmsiçisinin mətbuat xidməti məlumat yayıb. Onlar 34 yaşlı yarımmüdafiəçinin Turinə gəldiyini bildiriblər. Klub Tvitter səhifəsində argentinalı oyunçunun Turinə gəlişinin foto və videosunu yayıb.

Transferin bütün şərtləri üzrə razılıq əldə olunub. Bu həftə futbolçu tibbi müayinədən keçəcək və 1 illik müqavilə imzalayacaq. O, illik 6 milyon avro maaş alacaq.

Qeyd edək ki, Di Mariya bu yay PSJ-dən azad agent kimi ayrılıb. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner