"Reytinq göstəricisində biz favoritik, amma bunu meydanda da göstərməliyik. Qrup lideri olmaq və elit-raunda vəsiqə qazanmaq istəyirik".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
31 yaşlı qolkiper ilk olaraq Yunanıstan yığması barədə danışıb: "Bu ölkənin futzalçıları ilə son illərdə tez-tez üz-üzə gəlirik. AEK klubu ilə, eləcə də Yunanıstan millisi ilə qarşılaşmışıq. Oyunlar həm bizim, həm də rəqibin meydanında baş tutub. Onlarla görüşün favoriti Azərbaycan millisi hesab edilir. Əgər fors-major hadisə baş verməzsə, biz hər iki matçda qələbə qazanmalıyıq".
Hüseynli Polşa seçməsinin son illərdə inkişafda olduğunu vurğulayıb: "Son Avropa çempionatına da vəsiqə qazanıblar. 4 il əvvəlki qitə birinciliyinin də iştirakçısı olublar. Niderlandda Rusiya - Polşa matçını izləmişdik".
"Araz Naxçıvan" klubunun üzvü UEFA Çempionlar Liqasındakı şanslarından da söz açıb: "Mostar" oyunları doğma meydanda, Bosniya və Herseqovinada keçirəcək. Bu, onlar üçün üstünlükdür. Komandanın bir neçə üzvü ölkəsinin millisində çıxış edir. Hansı ki, həmin yığma ilə son Avropa çempionatında üz-üzə gəlmiş, qələbə qazanmışdıq. Səhv etmirəmsə, “Mostar”la da görüşmüşük. Digər iki komanda D və F qrupunun qalibi olacaq. D qrupuna diqqət yetirsək, yeganə vəsiqə uğrunda Serbiya və İsveçrə çempionları mübarizə aparacaq. F qrupuna gəldikdə, Gürcüstan və Almaniya təmsilçilərinin mübarizəsi maraqlı olacaq. Gürcüstan futzalı da son illərdə inkişafdadır. “Georgians” klubunun heyətində vaxtilə bizim çempionatda iştirak etmiş futzalçılar da yer alıb. Almaniyada da bu idman oyunu sürətlə inkişaf edir. “Ştutqard” reytinq cədvəlində irəliləyib.
Ötən il “Uraqan”a uduzmaqla mübarizəni dayandırdıq, amma bu dəfə fərqli nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Hazırda heyətin gücləndirilməsi istiqamətində işlər gedir. Verilən tapşırığı maksimum dərəcədə icra etməyə çalışacağıq. Çünki Çempionlar Liqasında daha yaxşı nəticə qazanmaq istəyirik".
Qeyd edək ki, "Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək. Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video