Azərbaycan futzal millisinin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün əsas seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Qol.az xəbər verir ki, 6-cı qrupda Yunanıstan və Polşaya rəqib olan yığmanın çalışdırıcısı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu haqda danışıb. O, Avropa çempionatının son seçmə mərhələsində Yunanıstanla iki dəfə üz-üzə gəldiklərini xatırladıb:
“Çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb. Yunanıstan millisi ilə Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəldik, Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynamışdı. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanmışdıq. Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqda məlumatlıyıq. Baş məşqçi Giannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubunu çalışdırır, hansı ki, bu komanda millinin özəyini təşkil edir. Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir. Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalandan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik”.
Qeyd edək ki, seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi