"Zirə" ilə oyunu buraxa bilər

"Zirə" ilə oyunu buraxa bilər
XƏBƏR 7 İyul 2022 / 16:39 1577
-  A +

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi"nin (Tel-Əviv, İsrail) futbolçusu Eren Zahavi təmsilçimizlə ilk matçı buraxa bilər.

Qol.az xəbər verir ki, bu barədə sports.walla.co.il məlumat yayıb. Zədə səbəbindən ötən ay dizindən əməliyyat olunan 35 yaşlı hücumçunun bərpa müddəti uzanır. O, hələ komandası ilə məşqlərə başlamayıb. Buna görə də israilli forvardın "Zirə" ilə ilk oyunda meydanda olub-olmayacağı dəqiq deyil. 

Qeyd edək ki, Zahavi "Makkabi"nin yeni transferidir. 

Xatırladaq ki, iyulun 21-də "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Makkabi" oyunu saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab matçı iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner