"Mançester Yunayted"in təklifi ilə razılaşmadılar

"Mançester Yunayted"in təklifi ilə razılaşmadılar
XƏBƏR 7 İyul 2022 / 16:18 2435
-  A +

"Mançester Yunayted" "Ayaks"ın futbolçusu Antoni üçün təklif göndərib.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.İngiltərə klubu 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro təklif etsə də, "Ayaks" braziliyalıya görə 80 milyon avro istəyir. Antoninin menecerləri "Ayaks"a bu keçidə razılıq verməsi üçün təzyiq göstərirlər.

Antoni özü də "Mançester Yunayted"ə keçmək niyyətindədir. Lakin o, klublar arasında danışıqların çətin olacağını başa düşür.

Qeyd edək ki, Antoni ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 33 oyunda 12 qol vurub və 10 qolun ötürməsini verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner