Millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi
XƏBƏR 7 İyul 2022 / 15:54 3025
-  A +

Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqiblərinin adına aydınlıq gəlib Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda 6-cı qrupda yer alıb. Millimiz Polşa və Yunanıstanla mübarizə aparacaq.

Seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq.

Qeyd edək ki, əsas mərhələdə yarışacaq 36 komanda hər birində 3 iştirakçı olmaq 12 qrupda mübarizə aparacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibləri və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner