Ronaldo artıq 4 gündür ki,...

Ronaldo artıq 4 gündür ki,...
XƏBƏR 7 İyul 2022 / 15:33 4764
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yenə komandanın məşq prosesinə qatılmayıb. 

Qol.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. 37 yaşlı hücumçu ardıcıl 4-cü dəfə Premyer Liqa təmsilçisinin toplanışını buraxıb. 

O, iyulun 4-də məşqlərə qatılmalı idi. Kub portuqaliyaalı oyunçunun bu hərəkətini onun ailə vəziyyəti ilə əlaqələndirib. Lakin xarici mediada Ronaldonun klubdan ayrılmaq istədiyi üçün belə bir addım atdığı bildirilib. O, daha iddialı və kuboklar qazanan komandaya keçmək niyyətindədir.

Qeyd  edək ki, Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də oynayır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner