Nəriman Abbasov UFC-də

Nəriman Abbasov UFC-də
XƏBƏR 7 İyul 2022 / 13:43 4397
-  A +

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

Qol.az xəbər verir ki, 28 yaşlı idmançı özü bu barədə mətbuat konfransında açıqlama verib.

O, bildirib ki, artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalayıb: "Burada da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm. UFC-də döyüşəcək ilk azərbaycanlı olmağımdan məmnunam. Və təbii ki, maksimuma nail olmaq, titul uğrunda vuruşmaq, ən yaxşı döyüşlərimi göstərmək istəyirəm".

Abbasovun debütü bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq. Növbəti görüş isə dekabr ayında gözlənilir.

28 yaşlı idmançının meneceri Şiraslan Kərimov Abbasovun UFC-yə keçməsi üçün danışıqların 7 ay davam etdiyini bildirib: "2021-ci ilin dekabrında viza aldıq. Əlbəttə, danışıqlar prosesi ağır keçdi. Bazarımız hələlik elə də zəngin deyil. Amerikalılar bunda elə də maraqlı deyildilər. Amma bizə şans verdilər. Düşünürəm ki, digər azərbaycanlı döyüşçülər üçün də yol açdıq".

N.Abbasov yüngül çəkidə AMC “Fight Nights Global” çempionudur.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner