“Sabah” Futbol Klubu ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb.
Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıblar.
Anlaşmaya əsasən, “Sabah” FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda “Bank Respublika”ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion “Bank Respublika Arena” adlanmağa davam edəcək. Bank bu müddətdə stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
Xatırladaq ki, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə “Sabah” FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov deyib: “Bank Respublika” olaraq artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək “Sabah” FK-ya dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, “Sabah” növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik “Bank Respublika Arena” isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək”.
“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov bildirib ki, futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti var: “Sabah” Futbol Klubu artıq 4 ildir ki, “Bank Respublika” ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz “Sabah” FK olaraq ölkənin qabaqcıl banklarından olan “Bank Respublika” ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, “Sabah”ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək”.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır