"Qarabağ"ın "Lex"lə oyunu ÇL-də ilk pillədə - Şəkil

"Qarabağ"ın "Lex"lə oyunu ÇL-də ilk pillədə - Şəkil
XƏBƏR 7 İyul 2022 / 12:56 5298
-  A +

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra matçları tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Qol.az xəbər verir ki bu barədə UEFA-nın saytı  məlumat yayıb. Bildirilir ki, 15 matçı ümumilikdə 104 000-ə yaxın tamaşaçı stadiondan izləyib. Ən çox azarkeş "Qarabağ"ın səfərdə "Lex"lə qarşılaşdığı matçda (0:1) iştirak edib -  25 118 nəfər.

İkinci yerdə İsveç "Malmö”sunun İslandiya "Vikinqur"una 3:2 hesabı ilə qalib gəldiyi matçdır - 11 830 tamaşaçı. "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) görüşü isə (0:0) fanat sayına görə 3-cü olub - 10 589 nəfər.

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasında cavab oyunu iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Oyun saat 20:00-da başlayacaq.

 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner