Mahirin komandasından 5 qol

Mahirin komandasından 5 qol
XƏBƏR 7 İyul 2022 / 12:19 5547
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb Xorvatiya) yeni mövsümə hazırlığı davam etdirir.

Qol.az xəbər verir ki, Xorvatiya çempionu növbəti yoxlama oyununu keçirib. Komanda Monteneqro “Arsenal”ı (Tivat) ilə qarşılaşıb. “Maksimir” stadionunda keçirilən oyun “Dinamo”un 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb.

Xatırladaq ki, "Dinamo" daha əvvəl yoxlama oyunlarında "Spartak"la (Trnava, Sloveniya) heç-heçə edib (3:3) və "Nafta"ya (Sloveniya) qalib gəlib (3:0). Mahirin Emrelinin komandası iyulun 9-da Xorvatiya Super Kubokunda “Riyeka” ilə qarşılaşacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner