"Neftçi"dən ayrılan hücumçu Səudiyyə Ərəbistanı klubunda

"Neftçi"dən ayrılan hücumçu Səudiyyə Ərəbistanı klubunda
XƏBƏR 7 İyul 2022 / 09:47 2422
-  A +

"Neftçi"dən ayrılan futbolçu Tiaqo Bezerranın yeni klubu müəyyənləşib. 

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanı "Əl-Aruba"sında davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı forvard ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Tiaqo Bezerra ötən ayın sonunda komandadan ayrılıb. O, geridə qalan mövsüm 25 oyunda 10 qol vurub və komandanın bombardiri olub. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner