“Qəbələ”nin yeni transferi məşqlərə qoşuldu

“Qəbələ”nin yeni transferi məşqlərə qoşuldu
XƏBƏR 6 İyul 2022 / 18:32 2397
-  A +

2022-2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” toplanışın üçüncü gününü bir məşqlə yekunlaşdırıb.

Bir gün öncə “Qaziantep”lə yoxlama oyunu (1:2) keçirən komandanın hazırlığı səhər saatlarında baş tutub. Bərpa xarakterli məşq iki qrupda keçib.

Futbolçuların bir hissəsi fitnes zalda məşq edib. Digər oyunçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. “Qəbələ”nin yeni transferi Feras Abu Akalda məşq prosesinə qoşulub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner