Ronaldo yenə məşqi buraxdı

Ronaldo yenə məşqi buraxdı
XƏBƏR 6 İyul 2022 / 15:50 2122
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo ardıcıl 3-cü dəfə komandanın məşqini buraxıb.

Qol.az xəbər verir ki, bu barədə "Goal News" məlumat yayıb. Klub hələ də 37 yaşlı hücumçunun mövsümoncısi komanda ilə birlikdə Taylandakı toplanışa getmək istəyib-istəmədiyini bilmir. Qeyd olunur ki, Ronaldo öz formasını qorumaq üçün Portuqaliyadakı təlim-məşq bazasındadır.

Daha əvvəl Premyer Liqa təmsilçisi Ronaldonun məşqdən yayınmasını ailə vəziyyəti ilə əlaqələndirmişdi. 

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib. Onun yaxında klubdan ayrılacağı gözlənilir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner