"Barselona"nın rəqibi müəyyənləşdi

"Barselona"nın rəqibi müəyyənləşdi
XƏBƏR 6 İyul 2022 / 12:15 5998
-  A +

"Barselona"nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamper kuboku matçı üçün rəqibi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Barselona" görüşdə Meksika "Pumas"ı ilə qarşılaşacaq. Oyun avqustun 7-də "Kamp Nou"da keçiriləcək.

"Barselona"dan verilən açıqlamada "Roma"nın imtinasından sonra klubun Joan Qamper kubokunda iştirak etmək üçün komanda tapmaqda problemlər yaşadığı qeyd olunub. 

Daha əvvəl "Roma" yarışda iştirak etmək istəsə də, sonradan fikrindən daşınıb. Bunun ardından "Milan"ın "Barselona"ya rəqib ola biləcəyi barədə də məlumatlar yayılmışdı.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner