Azərbaycan üzgüçüsü Avropa çempionatının finalında

Azərbaycan üzgüçüsü Avropa çempionatının finalında
XƏBƏR 6 İyul 2022 / 10:32 1221
-  A +

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb.

Qol.az xəbər verir ki, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner