Ronaldonun "Bavariya"ya keçməməsinin iki səbəbi

Ronaldonun "Bavariya"ya keçməməsinin iki səbəbi
XƏBƏR 6 İyul 2022 / 09:34 3748
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo mətbuatda yayılan iddialara baxmayaraq, "Bavariya"ya keçməyəcək.

Qol.az xəbər verir ki, bu barədə "Bild" bildirib. 37 yaşlı hücumçunun Münhen təmsilçisinə getməməsinin 2 ciddi səbəbi var.  Bunlardan biri portuqaliyalı forvardın yüksək maaş almasıdır. Digər səbəb isə Kriştianonun "Bavariya"nın baş məşqisi Yulian Naqelsmannın pressinq sisteminə öyrəşməsi demək olar ki, qeyri-mümkündür.

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib. Onun yaxında Premyer Liqa təmsilçisindən ayrılacağı gözlənilir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner