"50-ci dəqiqədən sonra "Qarabağ"dan yaxşı oynadıq" - "Lex"in futbolçusu

"50-ci dəqiqədən sonra "Qarabağ"dan yaxşı oynadıq" - "Lex"in futbolçusu
XƏBƏR 6 İyul 2022 / 09:08 3508
-  A +

"Lex"in futbolçusu Mixal Şkoraş Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ötən gün "Qarabağ"a qalib gəldikləri ilk matç (1:0) barədə danışıb. 

Qol.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib: 

"Asan oyun olmadı. Rəqib topa daha çox sahib idi, amma biz də meydanda yaxşı hərəkət etdik. Bizim də qol vəziyyətlərimiz var idi. Lakin bu oyunda bizi fərqləndirən bütün komandanın çox yaxşı təşkil olunmuş müdafiə oyunu idi. Rəqibin gözlə görünən üstünlüyünə baxmayaraq, əslində 100 faizlik qol imkanları yox idi. Fasilədən sonra oyuna yeni nəfəs gətirən dəyişikliklər bizə kömək etdi. Üstəlik, 50-ci dəqiqədən etibarən rəqibimizdən daha yaxşı oynadıq. "Qarabağ" hücumlar qurarkən onlara o qədər də sərbəstlik vermədik. Biz rəqibin qarşısını kəsməyə çalışdıq və onlar da səhv etdilər. Maykl İshaq bir hücumçunun olmalı olduğu yerdə idi. Buna görə də biz 1:0 hesabı ilə qalib gəldik. Bu, cavab oyunu üçün az da olsa, üstünlükdür".

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı cavab oyunu iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner