"Qəbələ"nin rəqibi "Fənərbaxça"ya böyük hesabla uduzdu

"Qəbələ"nin rəqibi "Fənərbaxça"ya böyük hesabla uduzdu
XƏBƏR 5 İyul 2022 / 22:40 4545
-  A +

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" yoxlama görüşündə qüvvəsini sınayıb.

Qol.az xəbər verir ki, Macarıstan təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşıb. Matç istanbulluların 3:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner