Niderland millisinin üzvü rəsmən "Beşiktaş"da

Niderland millisinin üzvü rəsmən "Beşiktaş"da
XƏBƏR 5 İyul 2022 / 21:20 2803
-  A +

 "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"dən Vaut Veqorstu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirəcək. 

Qeyd edək ki, Vaut Verqorst "Börnli"yə yanvar ayında "Volfsburq"dan transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner