"Bu oyunda favorit Azərbaycan çempionudur. "Lex" mərhələni keçmək istəyirsə, ilk oyunda məsələni həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər. "Qarabağ" əla və təcrübəli komandadır".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə ilk oyunu öncəsi Polşa mətbuatına müsahibəsində deyib.
Hazırda Polşa "Visla"sında çıxış edən müdafiəçinin sözlərinə görə, "Lex" nə olursa olsun qələbə qazanmalıdır: "Çünki onları Bakıda cavab oyununda "cəhənnəm" gözləyir. İyunun əvvəlindən orada inanılmaz dərəcədə istidir. Adətən 30 dərəcədən çox olur. Yadımdadır, biz qrup mərhələsində Avropadan gələn komandalarla evdə oynamışdıq. Rəqiblər adətən 45 dəqiqədən sonra “ölürdülər”. Çempionlar Liqasının seçmə mərhələsinin son turunda “Kopenhagen”lə görüşdə rəqibin birinci hissədən sonra enerjisi tükənmişdi".
Polşalı futbolçu bildirib ki, "Lex" "Qarabağ"ın cinah oyunçuları ilə bağlı diqqətli olmalıdır: "Abdullah Zubir artıq "Legiya" ilə matçda əla çıxış edib. İkinci çox təhlükəli oyunçu isə Kadidir. Braziliyalı ötən mövsüm 20 qol vurub və bütün yarışlarda 17 qolun ötürməsini verib. Cinah müdafiəçiləri kifayət qədər hücumda olduğu üçün "Lex" problemlə üzləşə bilər. Burada onlar müdafiəyə diqqət yetirməli olacaqlar. Meydançanın ortasında Filip Ozobiçə diqqət yetirməlidir. Son vaxtlar o, hər mövsüm ikirəqəmli qollar vurur, həm də çoxlu ötürmələri verir"
O, bugünkü matçda Ağdam təmsilçisinə azarkeşik edəcəyini söyləyib: "Avrokuboklarda oynayacaq 4 Polşa klubuna uğurlar arzulayıram. Qarabağ" və bu komanda ilə Çempionlar Liqası ilə bağlı gözəl anlar yaşadım. Oradakı dostlarımla hələ də əlaqə saxlayıram. Bunu nəzərə alsaq, ürəyim "Qarabağ"a daha yaxındır".
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi