İki futbolçu "Lex"i tərk edir

İki futbolçu "Lex"i tərk edir
XƏBƏR 5 İyul 2022 / 13:24 2526
-  A +

 Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"ı qəbul edəcək Polşa "Lex"i iki futbolçusu ilə yolları ayırmaq üzrədir.

Qol.az Polşa mətbuatına  istinadən xəbər verir ki, Yan Sikora və Daniel Ramires Poznan təmsilçisində qalmağı planlaşdırmır.

Sikora ölkəsi Çexiyanın "Viktoriya" (Plzen) klubunda təlim-məşq toplanışına qoşulub. Ramires isə ayrılıq qərarı ilə bağlı rəhbərliyə bildirib. Ancaq onun adı ÇL-də "Qarabağ"la oyunlar üçün iştirak ərizəsində yer alıb.

Qeyd edək ki, "Lex" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner