Zeki Çelik rəsmən "Roma"da

Zeki Çelik rəsmən "Roma"da
XƏBƏR 5 İyul 2022 / 11:55 2722
-  A +

Türkiyə millisinin üzvü Zeki Çelik "Lill"dən "Roma"ya transfer olunub. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Z.Çelik A seriyası təmsilçisində 19 nörməli formanı geyinəcək. 

Qeyd edək ki, Çelik 2018-ci ildən Liqa 1 klubunda oynayırdı. O, bu müddət ərzində 150 matça çıxıb və ötən il komandası ilə Fransa çempionluğunu qazanıb. Futbolçu Türkiyə millisinin heyətində 32 görüşdə meydanda olub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner