“Kontakt” mağazalar şəbəkəsinin ötən ay “Uşaqların Müdafiəsi Günü” ərəfəsində başlatdığı “1 oyuncaq, 1 sevinc” adlı sosial layihəsi uğurla tamamlanıb. Layihə çərçivəsində ötən ay “Kontakt Home” mağazalarında qoyulan xüsusi qutulara həm mağaza ziyarətçiləri, həm də şəbəkənin əməkdaşlarının köməyilə ümumilikdə 300- dən çox oyuncaq toplanılıb.
Həm yeni, həm də ikinci əl oyuncaqlar əvvəl yararlılıq səviyyəsinə görə sortlaşdırılıb, daha sonra tamamilə dezinfkesiya olunub və ən nəhayət Lənkəran rayonunun ucqar dağ kəndləri olan Diryan, Gəgiran, Jidi, Moloja, Haftarion və Tatoba kəndlərində yaşayan 150-dən çox uşağa hədiyyə edilib.

"Kontakt" mağazalar şəbəkəsinin nümayəndələrinin iştirak etdiyi sosial aksiyaya azyaşlılarla yanaşı, onların valideynləri də rəğbət göstərib.
“Bugünkü tədbirdə biz balacalara oyuncaqları, onlar isə bizə gülüşlərini bağışladılar. Birlikdə xoş vaxt keçirdik. “1 oyuncaq, 1 sevinc” layihəsinə öz qatqısını əsirgəməyənlərə, xüsusən oyuncaqlarını bu layihəyə bağışlayan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Onlar bizə oyuncaq, biz isə onların köməyilə birlikdə ucqar dağ kəndlərinə sevinc daşıdıq.” – deyə “Kontakt” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Qeyd edək ki, “Kontakt – Sevindirir” şüarına sadiq qalan şəbəkə mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi