Bu gün “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır. Ağdam klubu 1-ci təsnifat mərhələsində Polşa çempionu “Lex”lə qarşılaşacaq.
“Qarabağ” indiyədək avrokuboklarda 3 dəfə Polşa təmsilçiləri ilə (“Visla”, “Piast” və “Legiya”) üz-üzə gəlib və hamısında mərhələni adlayan tərəf olub.
Maraqlıdır ki, “Lex” isə 4 dəfə Azərbaycan klublarına rəqib olub və hamısında növbəti raunda vəsiqə qazanıb. İlk dəfə 2005-ci ildə o vaxtı İntertoto kubokunda Yevlaxın “Karvan” komandası ilə qarşılaşan poznanlılar hər iki oyunda qalib gəlib (2:1, 2:0).
2010–cu ildə isə onlar “İnter”i Bakıda məğlub etmiş (1:0), Polşadakı cavab oyununda əsas vaxtda uduzsa da, yalnız penaltilər seriyasında qələbə qazanmaqla mərhələ adlamışdı.
2008 və 2012-ci illərdə Poznan klubu hər iki halda “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırıb. Bu 4 oyundan 3-də “Lex” qələbə qazanmış (1:0, 4:1, 1:0), Lənkərandakı bir oyun (2012-ci ildə) isə 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Yeri gəlmişkən, “Lex”in 2008-ci ildə “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda (1:0) yeganə qolunu o vaxt cəmi 18 yaşı olan Robert Levandovski vurub. Bəli, bu gün artıq 33 yaşı olan həmin Levandovski. Robert indi “Bavariya”dadır və dünya futbolunun superulduzlarından sayılır…
Beləliklə, indiyədək “Lex” Azərbaycan, “Qarabağ” isə Polşa klublarına uduzmayıb. Bu ənənələrdən birinə bu dəfə son qoyulacaq.
Qeyd edək ki, "Qarabağ" bu gün ÇL-in 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Lex"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda olacaq. Həmin oyuna isə saat 20:00-da start veriləcək.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi