"Yuventus"dan başqa kluba transfer olunmasını istədi

"Yuventus"dan başqa kluba transfer olunmasını istədi
XƏBƏR 5 İyul 2022 / 10:15 2206
-  A +

"Yuventus"un futbolçusu Matteyis de Liqt klubdan ayrılmaq istəyir. 

Qol.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 22 yaşlı müdafiəçi artıq Turin təmsilçisinə başqa komandaya transfer olunmaq istədiyi barədə bildirib. O, "Bavariya"ya keçmək niyyətindədir.

Xatırladaq ki, De Liqt  2019-cu ilin yayında "Ayaks"dan "Yuventus"a 75 milyon avro qarşılığında transfer olunub. O, geridə qalan mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 qolun ötürməsini verib. Onun transfer dəyəri 70 milyon avro məbləğində qiymətləndirir. Niderlandlı futbolçunun "Yuventus"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner