"Real" Rodriqonu buraxmadı

"Real" Rodriqonu buraxmadı
XƏBƏR 4 İyul 2022 / 18:50 2618
-  A +

"Real" yarımmüdafiəçisi Rodriqo Qoes ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid klubu artıq 21 yaşlı futbolçu ilə anlaşıb. Onun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. Yeni sözləşmənin müddəti isə 2028-ci ilə qədər olacaq.

Tərəflər müqaviləni gələn həftə imzalayacaqlar. Rodriqonun yeni sözləşməsində 1 milyard avroluq təzminat bəndi də olacaq. Futbolçunu bir çox klub heyətinə qatmaq istəyir.

Braziliyalı oyunçu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 49 matçda 9 qol vurub və 9 qolun ötürməsini verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner